RU

Lunyov “Qarabağ”la bağlı suala belə cavab verdi

"Yəqin ki, bu, mənim ən uğursuz mövsümlərimdən biridir". 

Milli.Az xəbər verir ki, bu sözləri "Qarabağ"ın sabiq qapıçısı, hazırda Moskva "Dinamo"sunun şərəfini qoruyan Andrey Lunyov deyib. O, özünün bu mövsüm Rusiya Premyer Liqasında geridə qalan 11 turdakı oyununu "RB Sport" saytına şərh edərkən həmçinin deyib: "Xeyli səhvlər, qeyri-dəqiqliklər oldu. Hər şey istədiyim kimi getmir".

"Dinamo"ya qədər hazırda Çempionlar Liqasında səs salan "Qarabağ"da oynayırdınız. Onların oyununu necə qiymətləndirirsiniz?" sualına cavab olaraq Lunyov deyib:

"Tam gözlənilən nəticədir. Afərin onlara. Öz oyun fəlsəfələrindən dönmürlər və bu da nəticə verir".

Xatırladaq ki, Andrey Lunyov 2023/24 mövsümündə "Qarabağ"da çıxış edib. (qol.az)

Milli.Az

Избранный
16
8
milli.az

10Источники