RU

Qəzza müzakirələri başlayıb - Misir KİV

Bakı. Trend:

İsrail və HƏMAS nümayəndə heyətləri Misirin Şarm əl-Şeyxşəhərində Qəzza müharibəsinə son qoymaq məqsədilə dolayıdanışıqlara başlayıblar.

Trend bu barədəMisir KİV-nə istinadən xəbər verir.

Məlumata görə, tərəflər əsir və məhbusların azad olunması üçünşəraitin hazırlanmasını müzakirə edirlər. Danışıqlar ABŞ PrezidentiDonald Trampın atəşkəs planı əsasında aparılır.

Misir və Qətər vasitəçiləri Qəzzada saxlanılan israilligirovların İsraildəki fələstinli məhbuslarla mübadiləsi üçünmexanizm üzərində işləyirlər.

Danışıqlar bir neçə gün davam edə biər.

Qeyd edək ki, Trampın planına əsasən:

HƏMAS silahsızlaşdırılacaq;

İsrail ordusu Qəzzadan tamamilə çıxacaq;

Əvəzində 47 israilli girov azad ediləcək;

İsrail isə 250 ömürlük məhbus və 1700-dən çox fələstinlini azadedəcək.

HƏMAS bildirib ki, İsrail bombardmanı və hücumları tamdayandırarsa hərbi əməliyyatları dayandırmağa hazırdır. İsrailordusu isə xəbərdarlıq edib ki, danışıqlar uğursuz olarsa, döyüşləryenidən başlayacaq.

Избранный
9
az.trend.az

1Источники