RU

Hakan Fidan: TDT nin 12 ci Zirvə Görüşünün Qəbələdə keçirilməsi olduqca qürurvericidir

ain.az, Missiya.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

TDT-nin Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşünün Azərbaycanın Qəbələ şəhərində keçirilməsi olduqca qürurvericidir.

Missiya.Az Report-a istinadən xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə iştirak etmək üçün Azərbaycana səfər edən Türkiyənin xarici işlər naziri Hakan Fidan media nümayəndələrinə müsahibəsində deyib.

O qeyd edib ki, Türk dünyasının belə gözəl şəhərini liderlərə təqdim etmək və onları burada qonaq etmək çox xoşdur.

"Hər güclü dövlət birlikləri inkişaf etdikdə daha güclü təşkilat yaranır. Ona görə də ümid edirəm ki, biz gələcəkdə dünya böhranlarına daha dayanıqlı olan Türk dünyası ilə qarşılaşacağıq. Liderlərimiz bu məsələni sabah Qəbələdə müzakirə edəcəklər", - H.Fidan əlavə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
18
6
missiya.az

10Источники