Bu gün Gəncədə 3-cü MDB Oyunları çərçivəsində 3x3 basketbol yarışlarına yekun vurulub.
"Football-plus.az" xəbər verir ki, qızlardan ibarət millimiz (Polina Şukina, Deniz Gökçöl, Angelina İsmayılova və Leyla Allahverdiyeva) yarımfinalda Özbəkistan yığmasını məğlub edib – 22:10. Finalda yığmamız Rusiyaya məğlub olaraq (13:19) Oyunların gümüş mükafatçısı olub. Belarus yığması turniri üçüncü pillədə başa vurub.
Oğlanlardan ibarət komandamız (Hüseyn Qaflanov, Emanuel Aqbasan, İsmayıl Abdullayev və Oğuzxan Quliyev) isə yarımfinalda Belarus millisinə məğlub olub (13:16), bürünc medal uğrunda görüşdə isə Özbəkistan komandasına məğlub olaraq (15:16) turniri dördüncü pillədə başa vurub. Turnirin qalibi isə Belarus millisini məğlub edən Rusiya yığması olub.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта