ain.az bildirir, GlobalInfo portalına istinadən.
Ermənistanın baş naziri Nikol Paşinyanın qərarı ilə Xarici İşlər Nazirliyinin tərkibində Avropaya inteqrasiya departamenti yaradılacaq.
Globalinfo.az xəbər verir ki, yeni idarə hazırda mövcud olan Avropa Departamentindən ayrılacaq.
Həmçinin Siyasi Planlaşdırma Departamenti ilə Diplomatik Fəaliyyətin Koordinasiyası Departamentinin birləşdirilməsi nəzərdə tutulur.
Yenidənqurma Xarici İşlər Nazirliyinin fəaliyyətinin səmərəliliyini artırmaq və strukturunu təkmilləşdirmək məqsədi daşıyır.
Əliyar Xəlil
Globalinfo.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.