Bakıda həyətdən 35 min manatlıq məişət əşyaları oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar.
Bu barədə Avtosfer.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Bakının Sabunçu rayonunda bir nəfərə məxsus evin həyətindən məişət əşyaları oğurlamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuşlar - 20 yaşlı Z.Zeynalov və 31 yaşlı Ü.Xudayev polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.
Araşdırmalarla həmin şəxslərin digər bir rayon sakininin həyətindən 35 min manat dəyərində məişət əşyaları talamaları da məlum olub.
Araşdırma aparılır.