RU

UEFA "Barselona" və "Milan" oyunlarının ABŞ və Avstraliyada keçirilməsinə icazə verib

UEFA iki matçın xaricdə keçirilməsinə icazə verdiyini açıqlayıb.

90deqiqe.Az-ın məlumatına görə, İspaniya La Liqası çərçivəsində “Vilyarreal” – “Barselona” oyunu 2025-ci ilin dekabrında, İtaliya Seriya A çərçivəsində “Milan” – “Komо” oyunu isə 2026-cı ilin fevralında keçiriləcək.

UEFA açıqlamasında qeyd edib ki, milli liqaların oyunlarını xaricdə keçirmə ideyasına geniş dəstək yoxdur.

“Müvafiq FIFA qaydaları (hazırda yenidən gözdən keçirilir) kifayət qədər aydın və ətraflı olmadığı üçün UEFA İcraiyyə Komitəsi bu iki sorğunu istisna qaydasında təsdiqləməyə məcbur oldu”, — deyə açıqlamada vurğulanıb.

UEFA həmçinin FIFA ilə birgə qaydaların yenilənməsi üzərində işləyəcəyini və milli liqaların bütövlüyünü təmin edəcəyini bildirir. “Vilyarreal” – “Barselona” oyunu Mayami (ABŞ), “Milan” – “Komо” oyunu isə Perth (Avstraliya) şəhərində keçiriləcək.

Избранный
29
90deqiqe.az

1Источники