RU

İnfeksionistdən evindən 120 mindən çox pul oğurlanması xəbərinə REAKSİYA

Bu sözləri “Ölkə.az”a açıqlamasında Azərbaycanın sabiq baş infeksionisti Cəlal İsayev deyib. O, evindən 72 min dollar (122 000 AZN) və 2500 manat pul oğurlanması ilə bağlı yayılan xəbərlərə münasibət bildirmək istəməyib.

“Bayqdan mənə çoxsaylı zənglər gəlir. Yaxşısı budur polis idarəsinə zəng edin. Siz bu işə qarışmasanız yaxşı olar. İstintaqın gedişinə mane olmayın”.

Qeyd edək ki, dünən alpinist alətləri ilə binaların damından balkonlara düşərək evlərdən 2 milyonluq oğurluq edən şəxslər tutulub. Tutulan Cavid Süleymanov və Əhməd Əhmədovun oğurluq etdiyi evlərdən biri Azərbaycanın sabiq baş infeksionisti Cəlal İsayevə məxsus olub.
Onlar C.İsayevin evindən 72 min dollar (122 000 AZN) və 2500 manat pul aparıblar. Bundan başqa, mənzildən 20 min dollar (34000 AZN) dəyərində qızıl-zinət əşyaları da oğurlanıb.

Billurə Yunus

Избранный
51
olke.az

1Источники