RU

Buffon İtaliyanın 2026-cı il dünya çempionatına vəsiqə qazanmaq şanslarını dəyərləndirib

“Yuventus”, “Parma” və İtaliya yığmalarının sabiq qapıçısı Canluici Buffon milli komandasının 2026-cı il dünya çempionatına vəsiqə şanslarından danışıb.

İdman.biz-in məlumatına görə, Goal.com Buffondan maraqlı sitat gətirib:

“Biz pley-off mərhələsinə yüksələcəyimizə 90% əminik. Qalan oyunlarda son vaxtlar keçirdiyimiz müsbət məqamları nümayiş etdirməliyik. İnsanlar və kütləvi informasiya vasitələri bizə inanmalıdır - biz futbola bağlılığımızı nümayiş etdirməliyik”.

DÇ-2026-nın seçmə mərhələsində dörd oyundan sonra İtaliya doqquz xalla qrupunda ikincidir. Beş görüşdən sonra 15 xalla Norveç liderdir.

İdman.biz

Избранный
6
1
idman.biz

2Источники