RU

Dövlət əleyhinə çağırışlarda təqsirləndirilən şəxsə HÖKM OXUNDU

Dövlət əleyhinə çağırışlarda təqsirləndirilən Mehman Məmmədovun cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.

Bizim.Media apa-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aygün Qurbanovanın sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

O, təqsirləndirilən Mehman Məmmədova 7 il müddətinə azadlıqdan məhrumetmə cəzasının verilməsini təklif edib.
 

Məhkəmədə hökm oxunub. Hökmə əsasən, Mehman Məmmədova 5 il 6 ay azadlıqdan məhrumetmə cəzası verilib.


Qeyd edək ki, M.Məmmədov barəsində Cinayət Məcəlləsinin 281.2-ci (Dövlət əleyhinə yönələn açıq çağırışlar, təkrar və ya bir qrup şəxs tərəfindən törədildikdə) maddəsilə ittiham irəli sürülüb.

Bizim.Media

Избранный
7
7
bizim.media

8Источники