RU

Saqqız uşaqlarda ciddi sağlamlıq riski yarada bilər

ain.az, Azpost portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Saqqız kimyəvi tərkibinə görə uşaqlar üçün ciddi sağlamlıq riski yarada bilər.

AzPost bildirir ki, bu barədə Rusiya Texniki Universitetinin qeyri-üzvi kimya kafedrasının dosenti Andrey Doroxov Lenta.ru-ya müsahibəsində bu barədə xəbərdarlıq edib.

Mütəxəssisin fikrincə, saqqızın təsadüfi qəbulunun əsas təhlükəsi mədə-bağırsaq traktında toplana bilən və bağırsaq tıxanmasına səbəb olan həll olunmayan sintetik polimerlərdən qaynaqlanır.

A.Doroxov həmçinin saqqızdakı turşular səbəbindən diş minasının zədələnmə riskini və məktəbəqədər yaşlı uşaqlar üçün aspirasiya təhlükəsini qeyd edib. O, valideynlərə övladlarının saqqız istehlakını məhdudlaşdırmağı, süni rəngsiz məhsullar seçməyi tövsiyə edib.

AzPost.az

Paylaş

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
24
1
azpost.info

2Источники