RU

“Kontakt”dan təqaüdlü təhsil proqramı - Qeydiyyata son 9 gün!

Ölkənin aparıcı pərakəndə şəbəkəsi “Kontakt” və peşəkar tədris proqramları ilə tanınan “Div Academy” gənclər üçün bu il də güclərini birləşdirib. Yeni dərs mövsümünə qədər gəlib çıxan “Gələcəyi Yazanlar” təqaüd proqramının II dalğasına qeydiyyatı artıq bitmək üzrədir. 

"Unikal" xəbər verir ki, ölkədə innovasiyalar sahəsində ixtisaslaşmış kadrların hazırlanması məqsədi daşıyan bu proqramla tam 1000 nəfər Azərbaycan vətəndaşı təqaüdlə təhsil ala bilir. Müraciətçilər imtahan nəticələrinə uyğun olaraq 60% və ya 40%-li təhsil təqaüdü qazanır.

Bundan başqa, proqram sosial cəhətdən həssas əhali qrupunu da diqqətdən kənarda qoymur. Şəhid ailələri, ünvanlı sosial yardım alanlar, I qrup əlilliyi olan şəxslərin övladları və valideynlərini itirmiş 50 nəfər bu layihədən tamamilə ödənişsiz – 100% təqaüdlə yararlana biləcəklər.

Sadəcə oktyabrın 15-dək qeydiyyatı davam edən bu proqramda əmək bazarında ən çox tələb olunan sahələr - Rəqəmsal Marketinq, Proqramlaşdırma, Data Science və IT Layihələri üzrə biliklər əhatə olunur.

Təqaüd proqramında iştirak haqqı qazanan hər kəs peşəkar mühitə daxil olmaq, müvafiq sektorda əlaqələr qurmaq və karyera üçün güclü bünövrə formalaşdırmaq imkanı əldə etmiş olacaqlar. Dərslərin əyani keçirilməsi isə tədrisin praktiki bilik əsaslı olacağını bir daha sübut edir. 

Layihə haqqında daha ətraflı məlumat üçün buraya keçid edə bilərsiniz.

Qeyd edək ki, bu proqram ötən il də uğurla həyata keçirilib və iştirakçıların böyük bir qismi artıq təhsil istiqamətləri üzrə işləməyə də başlayıblar. Ona görə də, bu fürsəti dəyərləndirib gələcəyi indidən düşünməyin vaxtıdır. 

Избранный
24
5
unikal.az

6Источники