Unikal.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
İzmirdə keçirilən əməliyyatla mütəşəkkil cinayət təşkilatı "Cəhənnəm Mələkləri"nin lideri Necati Arabacı saxlanılıb.
"Unikal" xəbər verir ki, bu barədə İzmir Respublika Baş Prokurorluğu məlumat yayıb.
Bildirilir ki, Arabacı 5 oktyabr 2025-ci ildə Serbiyanın paytaxtı Belqraddan Adnan Menderes Hava Limanına daxil olduğu müəyyən edilib. İzmir İl Təhlükəsizlik Müdirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsi tərəfindən həyata keçirilən əməliyyatda saxlanılan Arabacı cinayət təşkilatı fəaliyyətlərində iştirak edən mühüm fiqur kimi tanınır.
İctimaiyyət arasında “Cəhənnəm Necati” ləqəbi ilə tanınan Necati Arabacı Türkiyədə məşhur kriminal avtoritetdir.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.