RU

Lamiyənin vəziyyəti açıqlandı - TƏBİB

Xəbər verdiyimiz kimi, Şirvan Rayon Mərkəzi Xəstəxanasının  ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi, keçmiş əri tərəfindən bıçaqlanan Lamiyə Qanbayeva xəstəxanaya yerləşdirilib.

Bu haqda TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova sosial şəbəkə hesabında yazıb.

“Dərin təəssüf hissi ilə bildirirəm ki, həmkarımız, ictimaiyyətlə əlaqələr üzrə mütəxəssis əziz Lamiyə ailə-məişət zorakılığına məruz qalaraq, müxtəlif bədən xəsarətləri alıb. Bədənin çoxsaylı kəsilmiş, deşilmiş yarası diaqnozu ilə çalışdığı Şirvan Rayon Mərkəzi Xəstəxanasında zəruri instrumental-diaqnostik müayinələrdən sonra üzərində cərrahi əməliyyat icra olunub.

Lamiyə təkcə çalışqan və məsuliyyətli əməkdaş deyil, həm də kifayət qədər mülayim, mehriban və səmimi bir xanımdır. Hazırda müalicəsi Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti orta ağır olaraq qiymətləndirilir. İnanırıq ki, dəyərli həkimlərimizin səyləri və özünün iradəsi ilə o bu sınaqdan da güclü çıxacaq, tezliklə sağalaraq yenidən aramıza dönəcək”, - o qeyd edib.

Xəstənin hazırkı vəziyyəti necədir?

“Cebheinfo.az”- ın sorğusuna Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən( TƏBİB) bildirilib ki, bildirilib ki, pasiyent üzərində zəruri instrumental-diaqnostik müayinələrdən sonra cərrahi əməliyyat icra olunub:

“1986-cı il təvəllüdlü L.Qambayevanın müalicəsi Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsində davam etdirilir. Qeyd edək ki, bədənin çoxsaylı kəsilmiş, deşilmiş yarası diaqnozu təyin olunan pasiyent üzərində zəruri instrumental-diaqnostik müayinələrdən sonra cərrahi əməliyyat icra olunub”.

Xatırladaq ki, hadisəni törədən keçmiş ər intihara cəhd edib və hazırda xəstəxanadadır.

Gülər

“Cebheinfo.az”

Избранный
12
11
cebheinfo.az

10Источники