RU

2027-ci ilə qədər halal məhsullara çəkilən ümumi xərclər 3 trilyon dollara çatacaq

Bakı. Trend:

2027-ci ilə qədər qlobal halal məhsullarına çəkilən xərclərintəxminən 3 trilyon dollara çatacağı gözlənilir.

Trend xəbər verirki, bunu İslam İnkişaf Bankının (IsDB) Qabaqcıl Təcrübə Mərkəzininrəhbəri Samir Elesavi Halal Biznes Forumunda etdiyi çıxışdadeyib.

Samir Elesavinin sözlərinə görə, İslam Əməkdaşlıq Təşkilatına(İƏT) üzv ölkələr daxilində halal məhsulların idxalı 2022-ci ildəki359 milyard dollardan 2027-ci ildə təxminən 492 milyard dollarayüksələcək. Bu isə halal iqtisadiyyatının nəhəng potensialını əksetdirir.

O qeyd edib ki, bu artım iqtisadi inkişaf, investisiyalarıncəlbi, ticarətin stimullaşdırılması və yeni iş yerlərininyaradılması üçün geniş imkanlar açır.

“Halal sənayesi İslam İnkişaf Bankına üzv ölkələr üçün davamlıvə inklüziv artımın əsas hərəkətverici qüvvələrindən birinəçevrilir,” – deyə Elesavi vurğulayıb.

O qeyd edib ki, strateji mövqeyi və sürətlə inkişaf edəniqtisadiyyatı sayəsində Azərbaycan qlobal halal tədarük zəncirindəaparıcı mövqe tuta bilər.

“Halal məhsullar üzrə sənaye parklarının yaradılması vəsertifikatlaşdırma sisteminin inkişafı ölkənin beynəlxalqbazarlardakı mövqeyini daha da gücləndirəcək,” – deyə o əlavəedib.

Elesavi həmçinin qeyd edib ki, halal sektorununrəqəmsallaşdırılması və blokçeyn kimi texnologiyaların tətbiqiməhsullara şəffaflıq və etibarlılıq qazandıracaq. O, Azərbaycanınyeni dördkateqoriyalı halal sertifikatlaşdırma sistemini tətbiqetməsi və Azərbaycan Standartlaşdırma İnstitutunun Türkiyənin HalalAkkreditasiya Agentliyi tərəfindən akkreditasiyadan keçməsimünasibətilə təbrik edib.

Məqalədə:
Избранный
99
az.trend.az

1Источники