ain.az bildirir, Bakupost saytına əsaslanaraq.
Rusiya Premyer Liqası çərçivəsində keçirilən “Axmat” - “Krasnodar” oyununda Qroznı klubunun müdafiəçisi Usman Ndonq rəqib komandanın kapitanı Eduard Spertsyanı nokauta salıb.
Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə matçın 81-ci dəqiqəsində baş verib.
Qısa mübahisədən sonra Usman Ndonq Spertsyana üzünə yumruq zərbəsi endirib .
“Axmat” klubunun müdafiəçisinin dediyinə görə, Spertsyan onu “qara ifrazat” adlandıraraq təhqir edib. Spertsyan isə bildirib ki, ilk təhqir qarşı tərəfdən gəlib, guya Ndonq onun valideynlərini söyüb.
Hücum hərəkətinə görə Ndonq qırmızı vərəq alıb. Lakin Qroznı klubu Rusiya Futbol Federasiyasına müraciət edərək, hadisəni araşdırmağı və təxribatda günahkar şəxsi müəyyən edərək cəzalandırmağı tələb edib.
Lalə, BakuPost
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.