RU

Nicat Əliyev: Heyətində ən çox gənc və yerli futbolçu oynayan klub məhz “Qəbələ”dir

ain.az xəbər verir, sport24.az saytına əsaslanaraq.

"Şamaxı" ilə oyuna istədiyimiz kimi yaxşı başlaya bilmədik. Təəssüf ki, matçın əvvəllərində hesabda geri düşdük. Ondan sonra isə yavaş-yavaş üstünlüyü ələ almağa çalışdıq və buna nail olduq. Fasilədən sonra üstünlük bizdə idi. Lakin əldə etdiyimiz qol vəziyyətlərindən istifadə edə bilmədik". Bu sözləri Sport24.az-a açıqlamasında "Qəbələ"nin futbolçusu Nicat Əliyev deyib.Gənc futbolçu komandasının son oyunlarda uğursuz çıxış etməsinin səbəbini açıqlayıb:"Hər oyunda maksimum gücümüzü qoyuruq. Bildiyiniz kimi gənc komandayıq. Heyətində ən çox gənc və yerli futbolçu oynayan klub məhz "Qəbələ"dir. Bu baxımdan bəzən təcrübəsizlik sözünü deyir. Bütün qarşılaşmalarda yaxşı təsir bağışlasaq da, əlimizə düşən imlkanları dəyərləndirə bilməmişik. Bəzən də hesabda önə çıxsaq da, üstünlüyü qoruyub saxlaya bilmədik. Qarşıda milli komandaların oyunları ilə bağlı fasilə var. Fasilədən sonra ilk oyunumuzu "İmişli"yə qarşı keçirəcəyik. Fasilədən maksimum istifadə etməyə çalışacağıq. Növbəti görüşlərdə də meydana qələbə üçün çıxacağıq. 3 xalı qazanmaq üçün əlimizdən gələni etməliyik".Qeyd edək ki, "Qəbələ" 7 turdan sonra 4 xalla 11-ci pillədədir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
4
sport24.az

1Источники