RU

Azər Bağırovdan iki legionerlə bağlı QƏRAR

“Kəpəz” qış fasiləsində bir neçə futbolçu ilə yollarını ayıracaq. Ümidi doğrultmayanlar əsasən legionerlərdir.

İdman.biz futbolinfo.az-a istinadən xəbər verir ki, yeni baş məşqçi Azər Bağırov sələfi Adil Şükürovun istəyi ilə transfer olunan əcnəbilərdən bir neçəsinn durumundan məmnun deyil.

Ona görə də yeni transferlərin reallaşdırılması üçün onların göndərilməsi şərtdir.

Hələlik yola salınması planlaşdırılan legionerlərdən ikisi bəllidir. Bağırov Pedro Qomeş və Otar Aptsiaurinin hazırlıq səviyyəsindən narazıdır. Tsadüfi deyil, bu oyunçular son turda “”Qarabağ”la matçda meydana buraxılmadı.

İdman.biz

Избранный
14
1
idman.biz

2Источники