ain.az bildirir, News24 portalına istinadən.
Dünya futbolunda çox müzakirə olunacaq tarixi qərar qəbul edilib. UEFA "LaLiqa" və "Serie A" çempionatlarında keçiriləcək bəzi matçların ölkə xaricində oynanmasına razılıq verdiyini açıqlayıb.
News24.az xəbər verir ki, bu addım futbolun gələcəyi üçün ciddi dönüş nöqtəsi hesab olunur.
UEFA-nın məlumatına əsasən, İspaniya "LaLiqa"da keçiriləcək “Villarreal – Barcelona” oyunu ABŞ-nin Mayami şəhərində, İtaliya Serie Adakı “Milan – Como” qarşılaşması isə Avstraliyanın Pert şəhərində təşkil olunacaq.
Qərarın UEFA tərəfindən “könülsüz və istisna" kimi qəbul edildiyi bildirilir. Qurum bu addımın mövcud qaydalardakı boşluqlardan irəli gəldiyini və klubların müraciətlərinə cavab olaraq atıldığını vurğulayıb.
UEFA prezidenti Aleksander Çeferi mövzu ilə bağlı açıqlamasında bu qərarı kədərli adlandırıb və belə hallar üçün nümunə sayılmaması gərəkdiyini bildirib:
“Bu qərar gələcəkdə oxşar müraciətlərin avtomatik qəbul ediləcəyi anlamına gəlməməlidir. Sadəcə istisna haldır".
Bu qərar futbolun qloballaşması və kommersiyalaşması baxımından yeni mərhələnin başlanğıcı ola bilər. Lakin eyni zamanda azarkeşlər və yerli futbol mədəniyyəti üçün ciddi narahatlıq doğurur.
Xeyrənsə Piriyeva
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.