RU

Yəhudilərə qarşı hücumlar Rusiya İsrail münasibətlərini vahid düşmənə qarşı daha da möhkəmləndirəcək

Bizimyol portalından verilən məlumata görə, ain.az xəbər yayır.

“Hazırda yəhudilərə qarşı kütləvi şəkildə heç bir hücum gözlənilmir. Baş verənlər isə xüsusi xidmət orqanlarının əməliyyatı ola bilər. Fələstinlə münaqişədə İsrailin imici çox zədələnib. İsrail öz imicini yenidən formalaşdıra bilmək üçün bu ssenarini həyata keçirə bilər və yaxud Rusiya ilə birlikdə bu ssenarini həyata keçirə bilərlər. Çünki Rusiya ilə İsrailin münasibətləri yaxşı səviyyədədir. Belə ki, İsrail Rusiyaya qarşı sanksiyalara qoşulmadı, Rusiyaya qarşı çıxmadı və Ukraynaya silah vermədi, texnologiyalarını bölüşmədi. Rusiya da İran-İsrail münaqişəsində İranın yanında durmadı. S-300-lərindən istifadə etməyə icazə vermədi”.

“Ağ partiya” başqan müavini Əhəd Məmmədli Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Rusiyada milliyyətçi hərəkat çox yüksək səviyyədədir və bəzi təşkilatlar dövlət tərəfindən kurasiya olunur, eyni zamanda Rusiyada müsəlmanlara qarşı da milliyətçilik vardı, buna da bir bəraət lazım idi.

Əhəd Məmmədli

“Rus milliyətçiləri müsəlmanların üzərinə cumurlar. Özbəklərin, taciklərin, qırğızların, azərbaycanlıların və s. Bu, ikili oyun da ola bilər. "Qurbanlıq" olaraq iki taciki tutub, terrorçu damğası vuraraq, siyais təbliğat apara bilərlər. Sonra İsrail də deyəcək ki, “Biz bunlara görə mübarizə aparırıq, bunlar bütün dünyada təhlükədir, yəhudiləri qorumaq lazımdır”. Belə təbliğat aparılacağını proqnozlaşdırmaq olar. "Qurbanlıq" kimi yenə müsəlmanlar seçiləcək. Çünki müsəlman nə vaxta qədər zəif olacaqsa, hədəf olacaq. Reallıq belədir, belə də olacaq. Bu səbəbdən də, güclü olmaq lazımdır”-deyə politoloq qeyd edib.

“ Rusiyada və Avropada yəhudilərə qarşı münasibət hər zaman mənfi olub. Onlar hər zaman “jıdı” adlandırılıb. Yəhudilərə qarşı “Jıdskaya morda” kimi ifadələr istifadə edilib. Rus klassiklərinin əsərlərini oxuyanda da bunu görmək mümkündür. Bunun həm dini, həm tarixi, həm iqtisadi bir səbəbi var. Ancaq Rusiyada və yaxud Avropada yəhudilərə qarşı heç bir təzyiqin olmayacağını hesab edən politoloq deyib ki, bütün dünyada nə olursa, müsəlmanlara olur, baş verənlər də siyasi təbliğat olaraq müsəlmanlara qarşı istifadə oluna bilər və belə olan halda yəhudilər də Rusiya tərəfindən xüsusi bir təhlükəsizlik çəmbərinə alınacaq, müdafiə olunacaqlar.

“Yəhudilərə qarşı hücumlar Rusiya-İsrail münasibətlərini vahid düşmənə qarşı daha da möhkəmləndirəcək. Onlar üçün vahid düşmən siyasi islamdır. “Ruskii drujina” və yaxud da sionistlər eyni düşüncədə olan insanlardır. Onların da ilk hədəfi müsəlmanlardır. Sadəcə olaraq sionistlər bunu açıq deyir, Rusiyada isə hələ açıq deyilmir. Amma Rusiyada da açıq şəkildə yavaş-yavaş deyilməyə başlanılır. Bu da Rusiyada yaşayan müsəlmanlar və Rusiya tərkibində muxtar respublika olan müsəlman respublikaları, ümumiyyətlə Rusiya ilə həmsərhəd olan və ya olmayan müsəlman ölkələrinə qarşı "SOS" siqnalı olmalıdır. Rusiya müsəlman dünyasının dostu deyil. Putin də bunu Ukrayna müharibəsində göstərməyə çalışır”-deyə Əhəd Məmmədli bildirib.

İradə Cəlil, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
77
icma.az

1Источники