RU

Qan şəkərini tənzimləyən əvəzolunmaz meyvə

Kivi tərkibindəki lif və antioksidantlar sayəsində qan şəkərinin sabit qalmasına kömək edir.

E-saglam.az xəbər verir ki, mütəxəssislər bu meyvənin həm diabet riski olan, həm də sağlam fərdlər üçün faydalı olduğunu bildirirlər.

Kivinin faydalarından bəzilərini sizə təqdim edirik:

İmmuniteti gücləndirirKivi C vitamini baxımından olduqca zəngindir. Bir ədəd kivi, gündəlik C vitamini tələbatının təxminən 100%-ni ödəyə bilər. Bu da orqanizmi viruslara və infeksiyalara qarşı qoruyur.

Həzm sistemini yaxşılaşdırırLiflə zəngin olduğu üçün qəbizliyin qarşısını alır və bağırsaqların fəaliyyətini tənzimləyir.

Ürək-damar sağlamlığını qoruyurKivinin tərkibindəki kalium və antioksidantlar qan təzyiqini balansda saxlayır, pis xolesterini azaldır və ürək xəstəlikləri riskini azaldır.

Dərinin sağlamlığını dəstəkləyirC vitamini və antioksidantlar sayəsində dərinin elastikliyini artırır, qırışların qarşısını alır və parlaq görünüş verir.

Yuxunu yaxşılaşdırırAraşdırmalara görə, yatmazdan əvvəl kivi yemək yuxu keyfiyyətini artırır və yuxusuzluq problemini azaldır.

Göz sağlamlığını qoruyurLutein və zeaksantin kimi bitki piqmentləri sayəsində göz torluğunu zərərli təsirlərdən qoruyur.

Qan şəkərini tənzimləyirŞəkəri az, lifi çox olduğundan, şəkər xəstələri üçün də münasib meyvə hesab olunur.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az

Избранный
52
23
e-saglam.az

10Источники