Türkiyə nümayəndə heyəti Misirin Şarm əl-Şeyx şəhərində davam edən Qəzza zolağında atəşkəslə bağlı dolayı danışıqlarında iştirak etməyi planlaşdırır.
Axar.az xəbər verir ki, bu barədə “Əl-Qahirə Əl-İxbariyyə” telekanalının məlumatında deyilir.
Bildirilir ki, Qətər, ABŞ və Türkiyədən nümayəndə heyətləri Sinay yarımadasına gəlməyə davam edir və onlar məsləhətləşmələrdə iştirak edəcək.
Türkiyə nümayəndə heyətinin tərkibi barədə hələlik məlumat yoxdur.