RU

Keyn: “Heç vaxt qayıtmayacağam da demirəm”

ain.az, futbolpress-az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Bavariya”nın futbolçusu Harri Keyn klubdan ayrılacağı ilə bağlı çıxan xəbərlərə münasibət bildirib.

Futbolpress.az xəbər verir ki, ingilis hücumçu “The Guardian”a açıqlamasında komandada xoşbəxt olduğunu deyib:

“Bavariya”da rahatam və klubla yeni müqavilə danışıqlarına hazıram. Hazırda bütün diqqətim komandadadır.

Premyer Liqaya qayıtmaq? Açığı, dönmək istəyim azalıb, amma heç vaxt qayıtmayacağam da demirəm. Hər şey mümkündür. Amma indiki məqamda “Bavariya”da xoşbəxtəm”.

Keyn bu mövsüm Bundesliqada 6 oyunda 11 qol vurub.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
10
futbolpress.az

1Источники