Cari ilin 9 ayı ərzində Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) tərəfindən dövlət qurumları üçün yaradılmış dövlət elektron poçt xidmətində 12,267,260 elektron poçt emal edilib.
“Poliqon” xəbər verir ki, bu barədə Dövlət Xidməti məlumat yayıb.
Bildirilib ki, onlardan 9,336,877-si istifadəçilərə çatdırılıb, 2,930,383-i zərərli tərkibli olması müəyyənləşdirilməklə blok edilib.