Rusiyada ictimai qurumlar Türkiyə və NATO ölkələrinə uçuşları qadağan olunmasını tələb edirlər.
AzPost bildirir ki, bu təklif artıq Dövlət Dumasına daxil olub.
Təklif müəllifləri bəyan ediblər ki, “Rusiyanın düşmənlərini yemləməyə” son qoyulmalıdır. Onlar daxili turizmin inkişafını istəyirlər.
Dumaya daxil olan paketdə Fransa, Almaniya, İspaniya, Monteneqro, Bolqarıstan və digər otuza yaxın ölkə hədəfə alınıb.