RU

Türkiyə "yaşıl" keçid sahəsində Azərbaycanla əməkdaşlığı genişləndirir

Bakı. Trend:

Türkiyənin “Bilişim Vadisi” şirkəti “yaşıl” keçid sahəsindəAzərbaycanla əməkdaşlığı genişləndirir.

Trend xəbər verirki, bu barədə “Bilişim Vadisi”nin baş meneceri Erkam Tüzgen Bakıdakeçirilən “Halal Business Forum” forumunda etdiyi çıxışdadanışıb.

“Artıq Azərbaycanda bir sıra layihələrimiz var — oyundüşərgələri təşkil etmişik, Anlaşma Memorandumu imzalamışıq, dünənisə Azərbaycanın Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA)ilə yeni memorandum bağladıq. Xüsusilə “yaşıl keçid”lə bağlıistiqamətlərdə aktiv fəaliyyət göstərməyi planlaşdırırıq”,- deyəErkam Tüzgən vurğulayıb.

Onun sözlərinə görə, “Bilişim Vadisi” həmçinin Azərbaycandakıdigər təşkilatlarla da əməkdaşlıq münasibətlərinə malikdir və buəlaqələri daha da genişləndirmək niyyətindədir.

“Bu, son dərəcə vacib mövzudur. Kiçik və orta biznes(KOB)subyektləri və startaplar unikal həllər təklif edirlər, lakinonların töhfəsi beynəlxalq səviyyədə çox vaxt nəzərə çarpmır. BakıBəyannaməsi bu boşluğa diqqət çəkən, vaxtında göstərilmiş təşəbbüsoldu”, – deyə o qeyd edib.

E.Tüzgen vurğulayıb ki, nəzərəçarpanlığının artırılması üçün KOBüç qarşılıqlı tamamlayıcı istiqamətə əsaslanmalıdır— sübut bazası,qarşılıqlı əlaqəlilik və advokasiya.

“Birincisi, KOB-un nailiyyətlərini daha nəzərəçarpan etməklazımdır. Onların bir çoxu artıq emissiyaları azaldır vəsəmərəliliyi artırır, lakin bu uğurlar çox vaxt yerli səviyyədəqalır. Biz elə bir qlobal platforma yaratmalıyıq ki, həminnəticələr tanınsın və dəstəklənsin.

İkincisi, kiçik innovativ şirkətləri qlobal dəyər zəncirlərinəcəlb etmək vacibdir. Böyük korporasiyalar təmiz enerji və yamobillik sahəsində startap həllərini tətbiq etdikdə, buinnovasiyalar beynəlxalq səviyyədə tanınır.

Üçüncüsü isə, KOB-un siyasət qərarlarının formalaşmasıprosesində iştirakını təmin etmək lazımdır. Çünki görünürlük təkcəiqtisadiyyatla bağlı deyil, həm də qlobal strategiyalarınmüəyyənləşdirildiyi yerlərdə səslərinin eşidilməsidir”,-deyə“Bilişim Vadisi” rəhbəri əlavə edib.

Избранный
85
az.trend.az

1Источники