RU

Azərbaycan və ABŞ elmi mərkəzi Xəzər regionunda nəqliyyat və iqtisadi əməkdaşlığı müzakirə edib

Bakı. Trend:

Azərbaycan və Amerika Birləşmiş Ştatlarının (ABŞ) nüfuzluelmi-tədqiqat mərkəzi – “Caspian Policy Center” arasında Xəzərregionunda nəqliyyat, enerji, rəqəmsallaşma, iqtisadi əməkdaşlıq vədavamlı inkişaf məsələləri barədə fikir mübadiləsi aparılıb.

Bu barədə Trend Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinəistinadən xəbər verir.

Belə ki, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini RəhmanHümmətov ABŞ-nin nüfuzlu elmi-tədqiqat mərkəzi – “Caspian PolicyCenter”in İdarə Heyətinin sədri Əfqan Niftinin rəhbərlik etdiyinümayəndə heyəti ilə görüşüb.

Qeyd edilib ki, görüşdə Xəzər regionunda nəqliyyat, enerji,rəqəmsallaşma, iqtisadi əməkdaşlıq və davamlı inkişaf məsələləribarədə fikir mübadiləsi aparılıb.

Rəhman Hümmətov Orta Dəhlizin genişləndirilməsi istiqamətindəhəyata keçirilən infrastruktur və institusional islahatlar barədəətraflı məlumat təqdim edib. Nazir müavini qeyd edib ki, Azərbaycanregionda multimodal logistika mərkəzinə çevrilmək istiqamətindəmühüm addımlar atır. Rəqəmsal nəqliyyat sistemlərinin tətbiqi,liman, dəmir yolu və hava limanlarının modernləşdirilməsi, Zəngəzurdəhlizinin inkişafı bu baxımdan xüsusi əhəmiyyət kəsb edir.

Rəhman Hümmətov, həmçinin “Caspian Policy Center”in Xəzərregionunda dayanıqlı inkişaf, enerji təhlükəsizliyi və regionalsabitliyin təşviqi sahəsində apardığı tədqiqat və təşəbbüsləriyüksək qiymətləndirib.

Görüş zamanı gələcəkdə birgə layihələr və analitik platformalarçərçivəsində əməkdaşlığın genişləndirilməsi imkanları da müzakirəolunub.

Azərbaycan
Azərbaycan
Избранный
80
4
az.trend.az

3Источники