RU

Paytaxtın gənc cüdoçuları ən güclünü müəyyən edəcəklər

Idman.biz saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

13–15 oktyabr tarixlərində cüdo üzrə U-17 yeniyetmələr arasında Bakı şəhər birinciliyi keçiriləcək.

İdman.biz xəbər verir ki, yarışda 60 klub və idman cəmiyyətindən 566 idmançı (468 oğlan, 98 qız) 16 çəki dərəcəsində medallar uğrunda mübarizə aparacaq.

Yarışın keçirilməsində məqsəd yeniyetmə cüdoçular bazasını formalaşdırmaq və kvotalar əsasında ölkə birinciliyində iştirak edəcək idmançıları müəyyənləşdirməkdir. Paytaxt birinciliyi həmçinin milli komandanın heyətinə seçim üçün vacib reytinq xalları qazandıracaq.

Yarış Abşeron Olimpiya İdman Kompleksində olacaq.

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
6
2
icma.az

3Источники