RU

Medical City MMC vakansiya elan edir: Maaş 500 AZN

Medical City MMC vakansiya elan edir: Tibb bacısı

E-saglam.az sözügedən işlə bağlı məlumatları sizə təqdim edir:

Şəhər: BakıYaş: 20 - 45 yaşTəhsil: Orta ixtisas (tibb kolleci)İş təcrübəsi: 1 ildən 3 ilə qədərƏlaqə:  (012) 526-26-27 [email protected]Əlaqədar şəxs: İnsan Resursları şöbəsi

Elanın tarixi: 08 oktyabr 2025Son müraciət tarixi: 07 noyabr 2025

İş barədə məlumat:

Bioloji nümunələrin (qan, sidik, nəcis, yaxma və s.) tibbi göstərişlərə və təhlükəsizlik protokollarına uyğun şəkildə götürülməsi

Venoz və kapilyar qan götürmə texnikasına bələdlik və düzgün icra

Pasientin məlumatlandırılması və psixoloji rahatlığının təmin edilməsi

Götürülmüş materialların etiketlənməsi və qeydiyyata alınması

Səyyar laborator xidmətin icrasında iştirak (ünvan üzrə pasientlərə xidmət)

Nümunələrin laboratoriyaya təhlükəsiz və vaxtında çatdırılmasının təmin edilməsi

Etiket və sənədlərin düzgünlüyünün yoxlanılması

Gigiyena və aseptik qaydalara riayət, tibbi alətlərin sterilizasiyası

Qoruyucu vasitələrdən (əlcək, maska, eynək və s.) istifadə

Bioloji materiallarla bağlı qeydiyyat və sənədləşmə işlərinin aparılması

Laborator analizlərə dair sənədlərin doldurulması

Nəticələrin sistemə daxil edilməsində iştirak

İş rejiminə və daxili qaydalara əməl etmək

Sertifikasiyadan keçmək və gigiyenik qaydalara riayət etmək

Namizədə tələblər:

Tibb kolleci məzunu

Azərbaycan dili — mükəmməl, rus dili — arzuolunandır

Səliqəli, təmiz və peşəkar görünüş

Minimum 1 il iş təcrübəsi

Punktual, dəqiq və məsuliyyətli olmalıdır

E-saglam.az

Избранный
52
e-saglam.az

1Источники