Qol.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubu yeni baş məşqçisini açıqlayıb.
QOL.az xəbər verir ki, komandaya portuqaliyalı mütəxəssis Serjiu Konseysau rəhbərlik edəcək.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
50 yaşlı məşqçi ilə müddəti 2027-ci ilin yayına qədər olan müqavilə imzalanıb.
Qeyd edək ki, Konseysaunun son iş yeri İtaliyanın “Milan” klubu olub.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.