RU

III MDB Oyunlarının bağlanış mərasimi keçirilib - VİDEO + YENİLƏNİB 

Gəncə stadionunda III MDB Oyunlarının bağlanış mərasimi keçirilib.

Adalet.az xəbər verir ki, tədbirdə rəsmi qonaqlar, beynəlxalq idman təşkilatlarının nümayəndələri, idmançılar və tamaşaçılar iştirak ediblər.

Tədbir yarışın yadda qalan məqamlarını özündə əks etdirən videoçarxın nümayiş etdirilməsi ilə başlayıb.

Ardınca rəsmi çıxış üçün söz Milli Təşkilat Komitəsinin sədri Samir Şərifova verilib. Arenaya toplaşan hər kəsi salamlayan S.Şərifov III MDB Oyunlarının maraqlı məcrada keçdiyini vurğulayıb.

Daha sonra III MDB Oyunlarının bayrağı endirilərək yarışın İcraiyyə Komitəsinə təqdim olunub.

Bayrağı III MDB Oyunları təmsilçilərinə Azərbaycan idmançıları - Nihad Rəhimov (sambo), Maqsud Mahsudov (batut gimnastikası), Turqut Həsənov (karate), Tərlan Qurbanəliyev (çövkən), Oqtay Hüseynov (üzgüçü), Əli Nəzərov (güləş), Humay Dadaşova (taekvondo), Gülər Hüseynova (boks) və Könül Eyvazlı (cüdo) təhvil veriblər.

Azərbaycanın Dövlət himninin səsləndirilməsinin ardından bağlanış mərasimin rəsmi hissəsi başa çatıb.

Ardınca tədbir bədii hissə ilə davam edib.

Qeyd edək ki, yarışa 13 ölkədən 1 624 idmançı və 2 337 nümayəndə qatılıb.

Turnirdə Azərbaycanı 340, Pakistanı 4, Rusiyanı 262, Özbəkistanı 254, Belarusu 240, Qazaxıstanı 147, Tacikistanı 144, Qırğızıstanı 126, Türkmənistanı 48, Türkiyəni 38, Kubanı 11, Küveyti 6, Omanı isə 4 idmançı təmsil edib.

 

19:25

III MDB Oyunlarının rəsmi bağlanış mərasimi keçirilir.

Adalet.az xəbər verir ki, mərasim Gəncə şəhər stadionunda təşkil edilib.

Qeyd edək ki, Azərbaycan oyunları 184 medalla başa vurub. Medallardan 33-ü qızıl, 56-sı gümüş, 95-i isə bürünc olub. Bu nəticə ilə yığmamız ümumi sıralamada ikinci yeri tutub.

Turnirin qalibi Rusiyadır.

Избранный
10
4
adalet.az

10Источники