RU

Əli Nağıyev: 11 mindən artıq donordan bioloji nümunələr toplanılıb sistemləşdirilib

BAKI, 9 oktyabr. TELEQRAF

Hazırda 3 min 800-dən çox itkin şəxslə bağlı 11 mindən artıq donordan bioloji nümunələr toplanılıb sistemləşdirilib.

Teleqraf xəbər verir ki, bunu İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində “İtkin düşmüş şəxslər probleminin həlli üçün səylərin birləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi” mövzusunda beynəlxalq konfransda Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri Əli Nağıyev deyib.

Mütəxəssislər itkin düşmüş şəxslərin böyük əksəriyyətinə aid bioloji nümunələrin toplanılmasını müsbət qiymətləndirir.
Vurğulamalıyam ki, itkin düşmüş vətəndaşlarımıza aid məzar yerlərinin müəyyən olunması, zəruri qazıntı və ekshumasiya işlərinin aparılması Dövlət Komissiyasının qarşısında duran ən ümdə vəzifələrdəndir.

Избранный
29
6
teleqraf.com

7Источники