RU

“Fərdi məlumatların mühafizəsi haqqında” yeni qanun layihəsi hazırlanıb

Azərbaycanda “Fərdi məlumatların mühafizəsi haqqında” yeni qanun layihəsi hazırlanıb

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) fərdi məlumatların qorunmasını gücləndirmək məqsədilə yeni qanun layihəsi üzərində işləyib.

ETX-nin rəisi Fərid Zeynalov bu barədə “Kritik İnfrastrukturun Müdafiə Yarışı” (CIDC-2025) çərçivəsində keçirilən konfransda məlumat verib. Onun sözlərinə görə, hazırda layihə müvafiq qurumlar tərəfindən nəzərdən keçirilir.

Zeynalov bildirib ki, istənilən yeniliklər kibertəhlükəsizliklə uzlaşmalı və insan hüquqlarının qorunmasına xidmət etməlidir:

“Müasir texnoloji inkişaflar şəraitində hüquqi bazanın gücləndirilməsi vacibdir. Yeni qanun layihəsinin məqsədi də məhz vətəndaşların fərdi məlumatlarının etibarlı qorunmasını təmin etməkdir.”

ETX rəhbəri həmçinin qeyd edib ki, “ağıllı şəhər”lərdən tutmuş mobil telefonlara qədər bir çox sistemlərdə şəxsiyyət, davranış, biometrik göstəricilər və əməliyyat məlumatları toplanır. Bu isə kibertəhlükəsizlik risklərini artırır:

“Hər hansı sadə texniki boşluq bütün infrastrukturun təhlükəsizliyini poza, fərdi məlumatların oğurlanmasına və digər xoşagəlməz hallara yol aça bilər.”

Yeni qanun layihəsinin yaxın dövrlərdə müasir çağırışlara uyğun şəkildə qəbul ediləcəyi gözlənilir.

Избранный
35
marja.az

1Источники