RU

Putin AZAL təyyarəsinin Rusiya HHM raketi ilə vurulduğunu etiraf edib

Rusiya prezidenti qəzanın səbəblərinin obyektiv araşdırılmasının vacibliyini vurğulayıb...

Poliqon xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin Azərbaycan prezidenti İlham Əliyevlə görüşündə AZAL-a məxsus təyyarənin faciəvi qəzaya uğraması ilə bağlı geniş müzakirə aparıb. Görüşün əvvəlində Putin təklif edib ki, danışıqlar məhz bu hadisənin müzakirəsindən başlasın.

Rusiya lideri qəzada həlak olanların ailələrinə bir daha səmimi başsağlığı verib və hadisənin həm insan faciəsi, həm də ikitərəfli münasibətlər baxımından çox ciddi əhəmiyyət daşıdığını vurğulayıb.

Putin bildirib ki, ilkin məlumatlara görə, AZAL təyyarəsinin qəzaya uğramasına səbəb kimi havada Ukraynaya məxsus pilotsuz uçuş aparatının (PUA) olması da göstərilir. Onun sözlərinə görə, Rusiya hava hücumundan müdafiə (HHM) sistemləri tərəfindən buraxılan iki raket təyyarəyə birbaşa dəyməyib, partlayış bir neçə metr məsafədə baş verib. Prezidentin dediyinə əsasən, təyyarə HHM raketlərinin döyüş elementləri ilə deyil, ehtimal ki, partlayış nəticəsində yaranan qəlpə və qırıntılarla zədələnib.

Rusiya lideri həmçinin açıqlayıb ki, AZAL təyyarəsinin ekipajına təcili olaraq Mahaçqalada eniş etmək təklif olunub, lakin pilotlar öz bazalarına — yəni ilkin uçuş hava limanına — qayıtmaq qərarı veriblər.

Putin qeyd edib ki, Rusiya tərəfi hadisə ilə bağlı bütün məsul şəxslərin fəaliyyətinə hüquqi qiymət verəcək və qəzanın səbəblərinə obyektiv yanaşılacaq. “Əsas məsələ odur ki, biz hadisənin əsl səbəblərini müəyyənləşdirək və onları açıq şəkildə ictimaiyyətə təqdim edək”, – deyə o bildirib.

Rusiya prezidenti əlavə edib ki, o, qəzanın səbəbləri barədə təqdim olunan ilkin məlumatlarla guya iki gün əvvəl tanış olub və bu barədə Əliyevə məlumat verib.

Hadisə ilə bağlı istintaq davam edir və həm Moskva, həm də Bakı tərəfi obyektiv araşdırmanın vacibliyini vurğulayır.

Poliqon.info

Избранный
22
19
poliqon.info

10Источники