RU

Goranboydakı qəzada xəsarət alan 6 qadının SON VƏZİYYƏTİ açıqlandı

Goranboyda baş verən yol-nəqliyyat hadisəsində xəsarət alan 6 nəfərin son vəziyyəti açıqlanıb.
 

MÖVZU İLƏ BAĞLI : 

Goranboyda AĞIR QƏZA - 6 qadın xəsarət aldı


Bizim.Media xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.

“09.10.2025-ci il tarixində saat 18:30 radələrində Goranboy rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 6 nəfər (qadın) Goranboy Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin edilib.

Hazırda hər birinin müalicəsi tibb müəssisəsinin Cərrahiyyə şöbəsində davam etdirilir.

Vəziyyətləri orta ağır olaraq qiymətləndirilir”, - məlumatda qeyd edilib.

Bizim.Media

Избранный
33
1
bizim.media

10Источники