Real Madrid-in ulduz futbolçusu Vinisius Junior Braziliya millisinin Asiya turu üçün keçirdiyi məşq zamanı gözlənilməz hadisə ilə qarşılaşıb.
Vinisius Braziliya millisinin məşqində olduğu anda Madrid şəhərində yerləşən evində yanğın baş verib.
Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, yanğın La Moraleja adlı elit yaşayış məhəlləsində yerləşən villanın aşağı hissələrindən birində başlayıb.
Hadisə yerinə Madrid Bələdiyyəsinin iki yanğınsöndürmə briqadası cəlb olunub. Alov qısa müddətdə nəzarətə götürülüb və xəsarət alan olmayıb. Zərər yalnız evin müəyyən sahəsində qeydə alınıb. Yanğınsöndürənlər ərazini tam təmizləyərək təhlükəsizliyi təmin ediblər.
Lalə Qüdrətova
Milli.Az