RU

Flora Kərimova Əminə Yusifqızından YAZDI: “Dilimə gətirmək nə qədər çətin olsa da…” VİDEO

Bizim media saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Xalq artisti Flora Kərimova bu gün vəfat edən Xalq artisti Əminə Yusifqızı ilə bağlı paylaşım edib.Bizim.Media xəbər verir ki, Kərimova mərhumun arxiv videosunu paylaşaraq kədərini bölüşüb:

 

“Qiraət sənətimizin sonuncu mogikanı Əminə xanım. Yaradan bu millətə bəxş etdiyiniz gözəlliklər qədər axirətinizi gözəl versin! Yaratdığınız obrazlardan savayı, səsiniz-nitqiniz özlüyündə bir obraz, bir varlıq kimi millətin səs yaddaşının ən gözəl hücrəsindədir.

Dilimə gətirmək nə qədər ağrılı olsa da, sizə rəhmət diləyib, qəhərli qəlbimdə əbədi ruhunuza sevdiyiniz şərqilərdən lay-lay hörüb Allaha ismarlayıram. Ruhunuz şad olsun, Əminə xanım”.

Sara, Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
22
5
bizim.media

9Источники