RU

Almaniyada NATO bazası üzərində naməlum dron göründü

Almaniyanın qərbindəki Qaylenkirhendə (Şimali Reyn-Vestfaliya) NATO aviabazası üzərində naməlum pilotsuz uçuş aparatı görünüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Der Spiegel" məlumat yayıb.

Məlumata görə, PUA bazanın təhlükəsizlik zonasında aşkar edilib. O uçuş zolağının üzərindən aşağı hündürlükdə uçaraq keçib.

Aparatın növü və onun buraxılış qurğusu hələ müəyyən edilməyib.

Qeyd edək ki, Qaylenkirhen aviabazası NATO-nun şərq cinahında hava nəzarəti əməliyyatlarında əsas rol oynayır.

Избранный
15
5
bakivaxti.az

6Источники