RU

Bu 4 məşqçi futbolu dəyişdirib - Zlatan İbrahimoviçə görə

“Barselona”nın və PSJ-nin sabiq hücumçusu Zlatan İbrahimoviç futbolu dəyişdirən dörd məşqçinin adını açıqlayıb.

Sportinfo.az “Goal”-a istinadən xəbər verir ki, o, eyni zamanda, daha əvvəl işləmək istədiyi iki mütəxəssisin də adını çəkib:

“Karyeramda Karlo Ançelotti, Pep Qvardiola, Fabio Kapello və Joze Mourinyo olub. Bu məşqçilər futbolu dəyişib.

Mən də Yurgen Klopp və Aleks Ferqyusonla işləmək istəyirdim”.

44 yaşlı sabiq futbolçu peşəkar karyerası ərzində “Yuventus”, “İnter”, “Milan”, “Barselona”, PSJ kimi klublarda çıxış edib. O, İsveç millisində 122 oyun keçirib və 62 qol vurub.

Избранный
14
sportinfo.az

1Источники