RU

Türk yazıçı Nobel Ədəbiyyat Mükafatına layiq görüldü

Macar yazıçı Laszlo Krasnahorkai 2025-ci il Nobel Ədəbiyyat Mükafatına layiq görülüb.

Publika.az xəbər verir ki, Nobel Komitəsi onun “qiyamət əhval-ruhiyyəsi və narahatlığın hökm sürdüyü zamanlarda belə incəsənətin bənzərsiz gücünü bir daha sübut edən təsirli irsini” xüsusilə yüksək qiymətləndirib.

Kafka və Tomas Bernhard ənənələrinə söykənən Mərkəzi Avropanın böyük epik qələm ustası kimi tanınan Krasnahorkainin nəsrində absurd və qrotesk elementlərin sərhədləri genişlənir. Lakin Şərqə yönəldikdə, onun üslubu daha düşüncəli və yumşaq bir tona keçir. Bu da onun ədəbi dünyasına fərqli bir rəng qatır.

1954-cü ildə Rumıniya sərhədi yaxınlığındakı Dyula şəhərində doğulan yazıçı, 1985-ci ildə yazdığı ilk romanı “Şeytan Tango” ilə Macar ədəbiyyatında sensasiya yaradıb. Ətraf mühitin təsvirinə həsr olunmuş bu əsər daha sonra rejissor Bela Tarr tərəfindən yeddi saatlıq film epopeyasına çevrilib - yazıçı ilə rejissor arasındakı məhsuldar yaradıcılıq əməkdaşlığı hələ də xatırlanır.

2015-ci ildə Krasnahorkai, nəsrindəki intensivlik və dil ustalığı səbəbilə Beynəlxalq Booker Mükafatına layiq görülmüşdü. Onun digər önəmli əsərləri arasında “Müqavimətin Hüznü” (1989), “Müharibə və Müharibə” (1999) və “Si-wan-mu Aramızda” (2008) yer alır.

Избранный
33
17
publika.az

10Источники