RU

Pavel Durov: Azad interneti qorumaq üçün bizim nəsildə vaxt get-gedə azalır...

Telegram-ın yaradıcısı bəzi Qərb ölkələrinin interneti nəzarət alətinə çevirdiyini bildirib...

Poliqon xəbər verir ki, Telegram messencerinin qurucusu Pavel Durov 41 yaşını qeyd etməyəcəyini açıqlayıb. O, bunu “indiki nəsilin azad interneti qorumaq üçün getdikcə daha az vaxta sahib olması” ilə izah edib. Bu barədə Durov öz Telegram kanalında paylaşım edib.

“Bir vaxtlar azad olan ölkələr indi interneti nəzarət və təqib vasitəsinə çevirirlər”, – deyə Durov yazıb. O, misal kimi Böyük Britaniyada rəqəmsal şəxsiyyət vəsiqələrinin tətbiqini, Avstraliyada onlayn yaş yoxlanışı sistemini, Avropa İttifaqı ölkələrində şəxsi yazışmaların kütləvi skan edilməsini, həmçinin Fransada özünə qarşı başlanmış cinayət işini göstərib.

Durov bildirib ki, söz azadlığından və şəxsi toxunulmazlıq hüququndan imtina nəticəsində bu nəsil “tarixdəki son azad nəsil” olmaq riski daşıyır. Onun sözlərinə görə, hökumətlər texnologiyadan və qanunvericilik alətlərindən istifadə edərək insanların rəqəmsal məxfiliyini məhdudlaşdırır və “sistemli şəkildə azadlıqları sıxışdırır”.

“Belə şəraitdə mənim doğum günü qeyd etməyə səbəbim yoxdur. Mənim az vaxtım qalıb. Bizim az vaxtımız qalıb”, – deyə Durov paylaşımında vurğulayıb.

Ekspertlərin fikrincə, Durovun bu bəyanatı Qərb ölkələrində son illər rəqəmsal təhlükəsizlik adı altında həyata keçirilən sərtləşdirici tədbirlərə qarşı açıq tənqid kimi qiymətləndirilir.

Poliqon.info

Избранный
182
12
poliqon.info

10Источники