Qarabağ Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimlinin müvafiq əmrinə əsasən Nicat Əli oğlu İsmayılov Bərdə rayonu üzrə təhsil sektoruna müdir vəzifəsinə təyin edilib.
TƏHSİL.BİZ xəbər verir ki, Nicat Əli oğlu İsmayılov 2003-cü ildə Gəncə Dövlət Universitetinin Tarix fakültəsinə qəbul olub. 2007-ci ildə həmin universiteti bitirərək Bərdə rayonu 1 nömrəli Nazırlı kənd tam orta məktəbində tarix müəllimi vəzifəsinə işə qəbul olub. 2010-cu ildən Bərdə şəhəri 3 nömrəli tam orta məktəbdə müəllimlik fəaliyyətini davam etdirib. 2019-cu ildə direktorların işə qəbulu müsahibəsində uğur qazanaraq Bərdə rayonu V.Sadıqov adına Şirvanlı kənd tam orta məktəbinə, 2023-cü ildə Bərdə şəhəri 8 nömrəli tam orta məktəbinə direktor vəzifəsinə təyin edilib.





