RU

Ukraynalı kibermütəxəssis: Azərbaycan bizim strateji tərəfdaşımızdır və biz kibertəhlükəsizlik sahəsində təcrübəmizi bölüşməyə hazırıq - AÇIQLAMA  

Biz yaxşı anlayırıq ki, gələcəkdə hər hansı bir müharibə məhz kiberaqressiyadan başlayacaq və davam edəcək. Ukrayna isə tammiqyaslı hərbi işğal zamanı kritik infrastrukturunu kiberhücumdan qorumaq məcburiyyətində qalan ilk ölkə oldu.

Bu fikirləri “Kritik infrastrukturun müdafiəsi üzrə yarış – 2025” (“Critical Infrastructure Defense Challenge 2025, CIDC-2025”) çərçivəsində keçirilən konfransda Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının (MTMŞ) Kibertəhlükəsizlik üzrə xidmət rəhbəri, Milli Kibertəhlükəsizlik Koordinasiya Mərkəzinin katibi Nataliya Tkaçuk söyləyib.

Onun sözlərinə görə, Ukrayna 2015-ci ildə Rusiyanın “Black Energy” virusu ilə elektrik stansiyalarına qarşı hücumuna hazır deyildi, lakin bu təcrübə ölkədə proaktiv milli kibertəhlükəsizlik sisteminin qurulmasına təkan verdi. “Üç illik tammiqyaslı işğal və kibermüharibə dövründə biz Rusiyanın “üç günə Ukraynanı ələ keçirəcəyik” mifini dağıtdıq. Biz sübut etdik ki, kritik infrastrukturu müdafiə etmək və eyni zamanda cavab hücumları həyata keçirmək mümkündür”, – deyə Natalya Tkaçuk bildirib.

N.Tkaçuk vurğulayıb ki, kibertəhlükəsizlik üzrə qanunvericilik, təşkilati və texniki tədbirlər, beynəlxalq əməkdaşlıq və dövlət-özəl tərəfdaşlığı Ukraynanın gücünü artırıb. “Rusiya Avropa İttifaqı, NATO ölkələri və ümumilikdə demokratik dünyaya qarşı hibrid müharibə və kibermüharibə aparır. Ona görə də biz tərəfdaş ölkələrlə əməkdaşlığı genişləndirməliyik. Azərbaycan bizim strateji tərəfdaşımızdır və biz kibertəhlükəsizlik sahəsində təcrübəmizi bölüşməyə, birgə platformalar yaratmağa hazırıq”, – deyə o əlavə edib.

Избранный
11
2
azerbaijan-news.az

3Источники