RU

TDT bir çox gücləri narahat etməkdədir - Deputat

Türd Dövlətləri Təşkilatı (TDT) artıq bir çox dövlətləri və gücləri narahat etməkdədir.

Ölkə.az xəbər verir ki, bunu deputat Əli Məsimli parlamentin bu gün keçirilən  plenar iclasında deyib.

Onun sözlərinə görə, bu gün TDT-yə üzv ölkələrinin ÜDM göstəricilərinə görə dünyanın 184 ölkəsi arasında 7-ci yerdə qərarlaşıb. “ Bu gün TDT-yə üzv ölkələrin iqtisadi inkişafı tempi artmaqdadır. Əgər indiki artım tempi  belə davam edərsə, o zaman yaxın perspektivdə  TDT dünyada 7-ci yerdən 5-ci yerə qalxa bilər.  Bunun üçün geniş imkanlar var. Biz elm  və texnika ilə yanaşı, türk siviliziyasını inkişaf etdirməklə uğura nail ola biləcəyik. Prezident İlham Əliyevin bəyan etdiyi kimi  TDT  o zaman vahid güc mərkəzi kimi ortaya çıxacaq”, - deputat qeyd edib.

Mürtəza

Избранный
22
2
olke.az

3Источники