RU

Karxanalar açılsa bahalaşma və işsizliyin qarşısı alınar - Deputatdan təklif

Yazını böyüt
Yazını kiçilt

““AzerGold” Qapalı Səhmdar Cəmiyyəti qeyri-filiz faydalı qazıntı yataqlarının istismarı ilə bağlı qaydaları tezləşdirib istismar üçün icazələri verməlidir”.

Hafta.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Razi Nurullayev deyib.

Deputat qeyd edib ki, İmişli rayonu ənənəvi olaraq qum-çınqıl karxanaları məkanı kimi tanınıb və bu sahə minlərlə iş yeri yaradıb. Onun sözlərinə görə, hazırda İmişlidə 2-3 karxanadan başqa digər onlarla karxana sahələri qapadılıb və bu da iş yerlərinin kütləvi azalmasına gətirib çıxarıb.

Deputat eyni zamanda qeyd edib ki, qum-çınqılın çıxarılması ilə bağlı yeni qaydalar müəyyənləşdirilib və Prezident İlham Əliyevin 23 dekabr 2024-cü il traxili Sərəncamına əsasən, qeyri-filiz faydalı qazıntı yataqlarının istismarı “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinə tapşırılıb. R.Nurullayev qeyri-filiz faydalı qazıntı yataqlarının istismarının tez bir zamanda açılmasını təklif edib. O, bununla da bağlanmış iş yerlərinin bərpasının təmin olunmasının gerçəkləşəcəyini vuröulayıb. Deputat bunun mənzil tikintisində, digər tikinti sahələrində bahalaşmanın qarşısının alınmasına yol açacağını da qeyd edib.

Избранный
52
1
hafta.az

2Источники