RU

Ədəbiyyat üzrə Nobel mükafatçıları

Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb. Müasir macar yazıçısı və ssenaristi, dünya ədəbiyyatında postmodern üslubun ən mühüm nümayəndələrindən biri Laszlo Krasznahorkai sözügedən sahə üzrə 2025-ci ilin laureatı elan edilib.

Bu mükafat ona apokaliptik qorxu fonunda incəsənətin gücünü təsdiqləyən, təsirli və vizioner yaradıcılığına görə verilib.

Laszlo Krasznahorkai 1954-cü ildə Macarıstanda dünyaya gəlib. Əvvəl hüquq ixtisası üzrə oxuyub, daha sonra Budapeştdə macar dili və ədəbiyyatı üzrə təhsil alıb. O, 2015-ci ildə “Buker” mükafatına layiq görülüb, dəfələrlə Nobel mükafatına namizəd göstərilib.

Xatırladaq ki, ötən il ədəbiyyat üzrə Nobel mükafatına 54 yaşlı cənubi koreyalı yazıçı Han Kang layiq görülüb. Həmin mükafat ilk dəfə 1901-ci ildə Sülli Prüdoma təqdim edilib.

Ə.QABİL
XQ

Избранный
10
9
xalqqazeti.az

10Источники