RU

Zahid Oruc: Düşənbə görüşü sübut etdi ki, Azərbaycanla təzyiq dili ilə danışmaq mümkün deyil

Olke.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

“Düşənbədə 10 aylıq fasilədən sonra Azərbaycan və Rusiya prezidentlərinin görüşü dövlətimizin qətiyyətinin təsdiqi oldu. Söhbət növbəti siyasi hadisədən deyil, Azərbaycanın beynəlxalq münasibətlər sistemində qalib və müstəqil mövqeyinin qəbulundan gedir”.Ölkə.az xəbər verir ki, bunu deputat Zahid Oruc parlamentin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib. Deputat bildirib ki, Prezident İlham Əliyev 44 günlük Vətən müharibəsində olduğu kimi, diplomatiyada da millətimizin iradəsini qətiyyətlə və ləyaqətlə təmsil etdi: “Tarix boyu-Kürəkçaydan Moskva müqaviləsinə, Nərimanovdan Bağırova qədər-heç bir azərbaycanlı lideri Kreml və güclü paytaxtlar qarşısında İlham Əliyev kimi qətiyyətli duruş  göstərə bilməyib. Azərbayacan prezidenti heç bir geosiyasi təsirə düşmədən, yalnız Azərbaycan xalqının maraqları naminə hərəkət etdi. Dünən Düşənbədə keçirilən görüş Vaşinqton Zirvəsi və Azərbaycanın regional sülh siyasətinin birbaşa nəticəsidir. Ölkəmiz türk dünyasının siyasi mərkəzi, Orta dəhlizin əsas dayağı, enerji və logistik qovşaq, regional geosiyasi arxitekturasının memarıdır. Nə Ermənistanın əli ilə, nə də etnik separatizm və iqtisadi təzyiqlə Azərbaycana təsir etmək artıq mümkün deyil”.Mürtəza

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
37
1
olke.az

2Источники