RU

Yeddi Aİ ölkəsi Rusiyadan enerji resurslarının idxalını ARTIRDI

Yeddi Avropa İttifaqı (Aİ) ölkəsi Rusiyadan enerji resurslarının idxalını artırıb.

Bizim.Media xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.

Bildirilib ki, Fransa, Belçika, Niderland, Xorvatiya, Rumıniya, Portuqaliya və Macarıstan 2024-cü illə müqayisədə Rusiyadan enerji resurslarının alımını dəyər baxımından artırıblar.

Belə ki, Fransada Rusiyadan enerji daşıyıcılarının idxalı 40% artaraq 2,2 milyard avroya, Niderlandda isə 72% artaraq 498 milyon avroya çatıb.

Xatırladaq ki, Tramp Rusiyaya qarşı sanksiyaların tətbiqini Aİ-nin Rusiyanın neft və qaz idxalından tam imtina etməsi şərti ilə əlaqələndirir.

Bizim.Media

Избранный
102
bizim.media

1Источники