RU

"Elit Aptek"lərdə endirim ancaq nağd ödənişə tətbiq edilir?

"Elit Aptek"lərdə endirim ancaq nağd ödənişə tətbiq edilir?

“Elit Aptek”lər şəbəkəsi özündən yeni qaydalar tətbiq edib. Dövlətin nağdsız ödənişlərə təşviq istiqamətində bu boyda işlər apardığı bir dövrdə “Elit Aptek”lər şəbəkəsi buna mane olur.

AFN.az xəbər verir ki, bu barədə jurnalist Səid Qərib sosial şəbəkə hesabında bildirib. Onun sözlərinə görə, adıçəkilən aptekdə ödəniş kartla edilirsə, alınan dərmanların qiymətində endirim olmur: "Endirim yalnız nağd ödənişlər üçün nəzərdə tutulub. Məcbur olub 370 manatı bankomat tapıb çıxarıb nağd ödəmişik".

Səid Qəribin paylaşdığı müvafiq statusa rəy yazan digər feysbuk istifadəçiləri də bildiriblər ki, "Elit Aptek"lər şəbəkəsində endirimli qiymətlər kartla satışlara şamil edilmir: "Bunu 7 ay öndə yaşamışam. Nağd ödənişdə ƏDV də yüksək olur dedilər. Baş açmadım, amma Qara Qarayev metrosu yaxınlığındakı 'Elit Aptek'dən 670 manatlıq dərmanı nağd ödəyib aldım".

"Elit Aptek"lər şəbəkəsindən AFN.az-ın sorğusuna cavab olaraq bildirildi ki, ödənişi kartla, yaxud nağd etmək müştərinin özünün istəyindən asılıdır. Endirim məsələsi ilə bağlı sualımıza isə cavab verilmədi.

Избранный
23
afn.az

1Источники