Müəllif: Tamara Mustafayeva, Banco.az
Hindistanın Baş naziri Narendra Modi ABŞ Prezidenti Donald Tramp ilə ticarət danışıqlarında əldə olunan irəliləyişi qiymətləndirmək məqsədilə telefon danışığı aparıb.
Banco.azxəbər verir ki, bu görüşmə, hər iki tərəfin də ticarət danışıqlarını yenidən canlandırdığına işarə edir.
Danışıqlar iki böyük iqtisadiyyat arasında gömrük rüsumları və Hindistanın Rusiya ilə əlaqələri mövzusundakı gərginliyi azaltmaq cəhdlərinin bir hissəsi kimi qiymətləndirilir.
Modi Trampdan “dostum” deyə bəhs edərək, iki liderin “ticarət müzakirələrində əldə olunan müsbət irəliləyişi qiymətləndirdiklərini” bildirib.
ABŞ–Hindistan münasibətləri Tramp administrasiyasının Hindistan mənşəli mallara 50 faiz gömrük vergisi tətbiq etməsi ilə gərginləşməyə başlamışdı. Bu qərarın qismən Yeni Dehlinin Rusiyadan xam neft idxalını cəzalandırmaq məqsədi daşıdığı qeyd olunur.
Münasibətlər həmçinin H-1B iş vizalarına tətbiq edilən yüksək qiymət artımı səbəbindən daha da pisləşmişdi. Bu vizalar əsasən Hindistanlı texnologiya mütəxəssislərinin ABŞ-da iş tapmaq üçün istifadə etdiyi icazələrdir.
Bizi sosial şəbəkələrdən izləyin!!